ALLOKİN-ALFA HERPES VƏ PAPİLLOMA VİRUS (İPV) İNFEKSİYALARININ MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ YERLİ İSTEHSAL OLAN YENİ NƏSİL ANTİVİRAL PREPARATI VİRUSA ƏLVİDA! Русский языкРУС EnglishEN
Украинский языкУКР Корейский языкKOR
Азербайджанский языкAZ
İstifadəsinə dair təlimat İPV problemi haqda video Pasiyent rəyləri
Mütəxəssis bölməsi

Uşaqlıq boynunun displaziyası (eroziya)

Bu informasiya resursunda yerləşdirilən bütün məlumatlar yalnız mütəxəssislər üçün nəzərdə tutulmuşdur və saytın ziyarətçiləri tərəfindən müstəqil diaqnoz və müalicənin təyin edilməsi üçün istifadə edilə bilməz.

Uşaqlıq boynunun eroziyası probleminin aydınlaşdırılması

Uşaqlıq boynunun displaziyası (eroziya)ÜST-nin məlumatına görə, insan papilloma virusu uşaqlıq boynunun erroziv zədələrinin, həmçinin displaziya və uşaqlıq boynu epitelində bədxassəli yenitörəmələrin inkişafının əsas səbəbidir. Bu patologiyanın faktiki olaraq 100% hallarında virus aşkar edilir. 2002-ci il üçün dünya üzrə müəyyən olunmuş uşaqlıq boynunun xərçəngi və ölüm halları qiymətləndirilərkən, davamlı İPV infeksiyasının 500000-ə yaxın servikal xərçəng hadisəsinə səbəb olduğu göstərilmişdir (Həkimlər üçün dərslik «Alokin-alfanın virus infeksiyalarının müalicəsində istifadəsi». F.İ.Yerşov, V.A.İsakov, Q.P.Bekker, M.Y.Serebryakov, T.V.Soloqub, N.B.Serebryanaya, M.S.Tişenko, S.İ.Çernış, 2008 il, s. 77).

Hal-hazırda bioloji aktiv yaşda olan şəxslərin İPV-yə yoluxması 20-60% təşkil edir (Ludicke F. et al. 2001). Yoluxucu xəstəliklərə nəzarət mərkəzinin (Atlanta, ABŞ) məlumatları göstərir ki, bütün dünyada təxminən 630 milyon nəfər və 20 milyon Amerika vətəndaşı genital ziyillərdən əziyyət çəkir, özü də İPV halları GH (genital herpes) və gonoreya (Yermolenko D.K., İsakov V.A., 2003) ilə müqayisədə, ən azı 3 dəfə çoxdur.

Uşaqlıq boynunun papillomavirus zədələnmələrinin tezliyi (uşaqlıq boynunun eroziyası, displaziyası, uşaqlıq boynunun leykoplakiyası) 25 yaşdan kiçik seksual aktiv qadınlarda maksimal dərəcədə yüksəkdir.

Papillomavirusların təbii şəraitdə insanda şişlərin yaranmasını təhrik edən yeganə virus qrupu olduğu sübuta yetirilmişdir.

İnsan papilloma virusları – İPV, Human papillomavirus – HPV
İnsan papilloma virusları – İPV, Human papillomavirus – HPV

Ən xoşagəlməz İPV virusu SHV-2, SMV, EİV, İİV, xlamidiya və mikoplazma ilə qarışıq olanlarıdır. İn situ karsinoması xəstələrinin yaş həddi 29 ildir, yəni ilkin infeksiyanın yarandığı andan ağır neoplaziya halına keçmə dövrü təxminən 10 il təşkil edir. İnvaziv xərçəng immunitetdə invaziya və metastazlara səbəb olan əlavə dəyişikliklərin baş verdiyi 49 yaş civarında qeydə alınır (V.N.Prilepskaya və başqaları, 2007; N.P.Safronnikova, V.M.Merabişvili, 2005).

Uşaqlıq boynunun xərçəngi hallarının 70%-dən çoxu HPV 16 və 18 növləri ilə əlaqələndirilir (Həkimlər üçün dərslik «Alokin-alfanın virus infeksiyalarının müalicəsində istifadəsi» F.İ.Yerşov, V.A.İsakov, Q.P.Bekker, M.Y.Serebryakov, T.V.Soloqub, N.B.Serebryanaya, M.S.Tişenko, S.İ.Çernış, 2008 il, s. 77). Papanikolau testindən (Pap-testi) istifadə edərək təşkil edilən skrininq proqramlarına baxmayaraq, ABŞ və Avropada bu xəstəlikdən dünyasını dəyişən qadınların sayı təxminən 35000-ə qədərdir.

Son zamanlar uşaqlıq boynunun servikal kanalının xərçəngi (95%) İPV-nin təxminən 20 növü ilə əlaqələndirilir (Həkimlər üçün dərslik «Alokin-alfanın virus infeksiyalarının müalicəsində istifadəsi». F.İ.Yerşov, V.A.İsakov, Q.P.Bekker, M.Y.Serebryakov, T.V.Soloqub, N.B.Serebryanaya, M.S.Tişenko, S.İ.Çernış, 2008 il, s. 78). V.İ.Kozlovanın və şərik müəlliflərinin (2003) fikrincə, urogenital traktı zədələyən İPV-6, 11, 16, 18, 31, 35 növləri olur (cədvələ bax). İPV-nin neoplastik proseslər yaratma qabiliyyətinə əsasən, bu viruslar zəif (3, 6, 11, 13, 32, 34, 40, 41, 42, 43, 44, 51, 61, 72, 73 növü), orta ağırlıqda (30, 35, 45, 52, 53, 56, 58) və yüksək dərəcəli (16, 18, 31, 33, 39, 50, 59, 64, 68, 70) onkoloji riskli növlərə ayrılır (V.İ.Kozlova, A.F.Puxner, 2003; N.M.Şaxova və başqaları, 2006; Lorincz AT et al, 1992).

Onların arasında ən tez-tez İPV-16 (50%) və İPV-18 (10%) növlərinə rast gəlinir, buna görə də uşaqlıq boynunun papilloma viruslu zədələri olan qadınlar (uşaqlıq boynunun eroziyası, displaziya, leykoplakiya, uşaqlıq boynunun servikal intraepitelial neoplaziyası) hər il kolposkopiya, servikal yaxıların sitoloji müayinəsi, virusoloji və immunoloji müayinə daxil olan ginekoloji yoxlamalardan keçməlidirlər. Papillomavirus infeksiyasının (PVİ) müəyyən sayda hallarda qadın orqanizmindən müstəqil şəkildə xaric ola biləcəyi hesab edilir (N.P.Safronnikova, V.M.Merabişvili, 2006).

Uşaqlıq boynunun eroziyasının və bədxassəli yenitörəmələrin profilaktikasında erkən diaqnostika və uşaqlıq boynunun insan papilloma virusuna yoluxmasının effektiv müalicəsi əhəmiyyətli rola malikdir. Papillomavirus infeksiyası olan xəstələrin müalicə olunmaması və ya səhv müalicəsi uşaqlıq boynunun eroziyasının inkişafına gətirib çıxarır. Xəstəliyin getdikcə şiddətləndiyi zaman eroziv prosesin (və ya vizual olaraq eroziya şəklində təzahür etməməsi ehtimalı olan infeksiya ocağının) maliqnizasiyası (xoşxassəlilikdən bədxassəliliyə çevrilmə prosesi) və müvafiq olaraq, displaziya və uşaqlıq boynunun xərçəngi kimi xəstəliklərin inkişafı baş verə bilər.

Əsasən urogenital traktın müxtəlif İPV növləri ilə zədələnməsi
(McConcl D.J. 1991, Syrjanen S. 2003, Bosch F.X. et al. 2002, əlavələrlə)

İPV növü Əlaqədar zədələnmələr
6 Sivri kondilomalar, uşaqlıq boynu epitelinin displaziyası, vulvalar, qırtlağın papillomatozu (verrukoz laringit)
11 Sivri kondilomalar, uşaqlıq boynu epitelinin displaziyası, vulvalar
16 Uşaqlıq boynunun, uşaqlıq yolunun, vulvanın, cinsi üzvün displaziyası, cinsi üzvlərin bədxassəli yenitörəmələri, bovinoid papullyoz, nadir hallarda ağız boşluğunda bədxassəli yenitörəmələr
18 Uşaqlıq boynunun displaziyası, cinsi orqanlarda bədxassəli yenitörəmələr
30 Qırtlağın bədxassəli yenitörəmələri, uşaqlıq boynu epitelinin displaziyası
31,33 Uşaqlıq boynu epitelinin displaziyası, nadir hallarda uşaqlıq boynunun xərçəngi
35,58 Uşaqlıq boynu epitelinin displaziyası, nadir hallarda uşaqlıq boynunda bədxassəli yenitörəmələr
39-40 Uşaqlıq boynu epitelinin, cinsi üzvün displaziyası
42,44,45 Uşaqlıq boynu epitelinin displaziyası, sivri kondilomalar
43 Uşaqlıq boynu epitelinin displaziyası
51-52 Uşaqlıq boynu epitelinin displaziyası, uşaqlıq boynu epitelində bədxassəli yenitörəmələr
53 Urogenital trakt orqanlarının epitelial toxumalarında aşkarlanır, hər hansı patolojidəyişikliklərlə əlaqəli deyil
54 Sivri kondilomalar
56 Epitelinin displaziyası, uşaqlıq boynunda bədxassəli yenitörəmələr
57 Ağız boşluğunda papullyoz dəyişikliklər, uşaqlıq boynu epitelinin displaziyası
59 Vulva epitelinin displaziyası
16+18+45 73,3% hallarda uşaqlıq boynunun karsinoması
16+18+45+31 76,9% hallarda uşaqlıq boynunun karsinoması
16+18+45+31+33 80,3% hallarda uşaqlıq boynunun karsinoması
16+18+45 89,7% hallarda uşaqlıq boynunun adenokarsinoması
16+18+45+59 92,7% hallarda uşaqlıq boynunun adenokarsinoması
16+18+45+59+33 94,1% hallarda uşaqlıq boynunun adenokarsinoması
61, 62, 68, 70, 73 Xərçəngöncəsi və urogenital traktda onkoloji xəstəliklər

Papilloma virus infeksiyasının biologiyası
Papilloma virus infeksiyasının biologiyası (b.e.d., professor V.İ.Kisilyov
«Uşaqlıq boynu xərçənginin inkişafında insan papilloma virusları», 2004 il)

Genekoloqunuzdan insan papilloma virusu infeksiyasının orqanizmdən tamamilə uzaqlaşdırılması sahəsində təcrübəsinin olub-olmadığını öyrənin?

Ana səhifə   |   Bizimlə əlaqə   |   Saytın xəritəsi   |   Vakansiyalar   |   Əlaqə
© 2004—2020 Brand-Pharm Ltd. Saytda olan bütün məlumatlar tövsiyə deyil, tanışlıq xarakteri daşıyır.
Həkiminizlə məsləhətləşin, özünümüalicə ilə məşğul olmayın!
Saytın yaradılması və inkişafı - Alisa Dizayn
Яндекс.Метрика