ALLOKİN-ALFA HERPES VƏ PAPİLLOMA VİRUS (İPV) İNFEKSİYALARININ MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ YERLİ İSTEHSAL OLAN YENİ NƏSİL ANTİVİRAL PREPARATI VİRUSA ƏLVİDA! Русский языкРУС EnglishEN
Украинский языкУКР Корейский языкKOR
Азербайджанский языкAZ
İstifadəsinə dair təlimat İPV problemi haqda video Pasiyent rəyləri
Mütəxəssis bölməsi

Uşaqlıq boynu displaziyasının müalicəsinin əhəmiyyəti

İnsan papilloma virusu (İPV) hazırda uşaqlıq boynunun eroziyası və xərçənginin inkişafı üçün əsas etioloji amillərdən hesab olunur (Kovçur P.İ., Baxlayev İ.Y. «Alokin-alfa uşaqlıq boynu xəstəlikləri olan qadınlarda papilloma virus infeksiyasının kompleks müalicəsində». Petrozavodsk Dövlət Universiteti, 2008, s. 1). Qeyd etmək lazımdır ki, uşaqlıq boynunun onkopatologiyası təkcə tibbi deyil, həm də sosial-demoqrafik problemdir. Müasir epidemioloji tədqiqatlar İPV-nin 99,7% hallarda uşaqlıq boynunun xərçəngi, 10-30% hallarda vulva, uşaqlıq yolu, cinsi üzvün, prostatın, yumurtalığın xərçəngi və 10-30% hallarda qırtlaq və ağız boşluğunun xərçəngi kimi xəstəliklərə səbəb olduğunu göstərir.

Eroziv proseslərin və uşaqlıq boynu xərçənginin (UBX) inkişaf tezliyi 100 min qadın əhalisinə nisbətdə 10-dan 40-a qədər dəyişir. Qeyd edək ki, xəstələrin yarısı diaqnoz qoyulduqdan sonra ilk 1 il ərzində dünyasını dəyişir (Kovçur P.İ., Baxlayev İ.Y. «Alokin-alfa uşaqlıq boynu xəstəlikləri olan qadınlarda papilloma virus infeksiyasının kompleks müalicəsində». Petrozavodsk Dövlət Universiteti, 2008, s. 1). Erroziv zədələnmələrin inkişafı xəstənin immun vəziyyətindən, patologiyaya ilə müşayiət olunan papillomavirus infeksiyasının növündən və əlavə bakterial infeksiyanın mövcudluğundan asılıdır.

UBX-yə yol açan hüceyrənin bölünməsi yolu ilə orqan toxumasının artmasına nəzarətin pozulması nəticəsində baş verən servikal intraepitelial neoplaziyalardır. Hüceyrə yayılmasına nəzarətin pozulması, öz növbəsində, bu hüceyrələrdə İPV-nin həm əlavə bakterial infeksiya ilə, həm də müstəqil fəaliyyətinin nəticəsidir.

Virusların xəstənin orqanizmində uzun müddət yaşama qabiliyyəti bu virusların mövcudolma strategiyasının insanın anadangəlmə və adaptiv antiviral immunitetinin mexanizmlərinin bloklanmasına əsaslanan xüsusiyyətləri ilə şərtlənir. Molekulyar mimikriyanın müxtəlif üsullarından, immunsəlahiyyətli hüceyrələrin aktivliyinin yatırılmasından istifadə edərək, insan papilloma virusları yoluxdurduqları epiteliya hüceyrələrinin T-limfositləri və təbii killer hüceyrələrinin məhvindən müdafiəsini, virus genomunun maneəsiz replikasiyasını və yeni sahib-hüceyrələrin yoluxmasını təmin edir.

Son zamanlar reproduktiv funksiyanın uşaqlıq boyununun İPV infeksiyası ilə əlaqədar olaraq sonsuzluq şəklində ifadə olunan bir sıra pozğunluqları aşkar edilmişdir. Buna görə də, eroziya və bədxassəli yenitörəmələrin qarşısının alınması istiqamətində mühüm mərhələ erkən diaqnoz və uşaqlıq boyunun İPV-yə yoluxmasının effektiv müalicəsidir. Lakin uşaqlıq boynu xərçənginin virus etiologiyasının sübut olunduğuna, bu patologiyanın çoxlu sayda klinik, subklinik və latent formalarının mövcudluğuna, İPV infeksiyasının yüksək kontagiozluq və təkrarlanma qabiliyyətli olmasına baxmayaraq, İPV-nin yatırılması üçün xüsusi preparatların mövcud deyil ki, bu da həmin xəstəliyin müalicəsinə yeni yanaşmalar axtarmağa vadar edir.

Qadınlarda papillomavirus infeksiyasının effektiv terapiyasının olmaması və ya yanlış müalicəsi uşaqlıq boyununun eroziyasının inkişafına gətirib çıxarır. Xəstəliyin sonrakı inkişafı eroziv prosesin malignizasiyasına (bədxassəli hal almasına), müvafiq olaraq da uşaqlıq boyununun displaziyasının və xərçənginin inkişafına gətirib çıxarır.

Yüksək okeogen riskli PV növlərinin bölgüsü
Yüksək okeogen riskli PV növlərinin bölgüsü

Genekoloqunuzdan insan papilloma virusu infeksiyasının orqanizmdən tamamilə uzaqlaşdırılması sahəsində təcrübəsinin olub-olmadığını öyrənin?

Ana səhifə   |   Bizimlə əlaqə   |   Saytın xəritəsi   |   Vakansiyalar   |   Əlaqə
© 2004—2020 Brand-Pharm Ltd. Saytda olan bütün məlumatlar tövsiyə deyil, tanışlıq xarakteri daşıyır.
Həkiminizlə məsləhətləşin, özünümüalicə ilə məşğul olmayın!
Saytın yaradılması və inkişafı - Alisa Dizayn
Яндекс.Метрика