ALLOKİN-ALFA HERPES VƏ PAPİLLOMA VİRUS (İPV) İNFEKSİYALARININ MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ YERLİ İSTEHSAL OLAN YENİ NƏSİL ANTİVİRAL PREPARATI VİRUSA ƏLVİDA! Русский языкРУС EnglishEN
Украинский языкУКР Корейский языкKOR
Азербайджанский языкAZ
İstifadəsinə dair təlimat İPV problemi haqda video Pasiyent rəyləri
Mütəxəssis bölməsi

İnsanın papilloma virusu (İPV)

Bu informasiya resursunda yerləşdirilən bütün məlumatlar yalnız mütəxəssislər üçün nəzərdə tutulmuşdur və saytın ziyarətçiləri tərəfindən müstəqil diaqnoz və müalicənin təyin edilməsi üçün istifadə edilə bilməz.

2008-ci ilin oktyabrında Nobel Komitəsi bir alimi hər il yüz minlərlə və milyonlarla insanın həyatına son qoyan viruslara qarşı mübarizədə əhəmiyyətli rola malik kəşfinə görə mükafatlandırdı. «Uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma viruslarının kəşfinə görə» mükafatı («for his discovery of human papilloma viruses causing cervical cancer») Heydelberqdə Almaniyanın Xərçəng Tədqiqatları Mərkəzində çalışan Harald tsur Hauzen adlı alim aldı.

Harald tsur Hauzen yetmişinci illərin ortalarında uşaqlıq boynu xərçəngindən əziyyət çəkən qadınların 100% hallarda İPV-yə (insan papilloma virusu) yoluxmuş olduğunu aşkar etmişdir. O dövrlər bir çox mütəxəssislər uşaqlıq boynu xərçənginin adi herpes (Herpes simplex virus) virusundan törədiyini zənn edirdi, tsur Hauzen isə xərçəng hüceyrələrində herpes yox, papilloma viruslarını aşkar etmiş və xərçəngin məhz insan papilloma virusuna yoluxma nəticəsində yarandığı fərziyyəsini irəli sürmüşdür.

İnsan papilloma virusunun (İPV) elektron mikrofotoşəkli
İnsan papilloma virusunun (İPV) elektron mikrofotoşəkli
Şəkil commons.wikimedia.org saytından götürülüb

Alman alim şiş hüceyrələrinin onkogen virus tərkibli olduğu üçün, genomlarının tərkibində virus DNT-sinin də olduğunu müəyyən etmişdir. Buna görə də, bədxassəli şişin yaranmasına səbəb olan virus genlərinin aktivliyi genetik virus materialına yönəlmiş xüsusi DNT-testləri vasitəsilə aşkar edilə bilər. Tsur Hauzen on ildən artıq müxtəlif İPV-infeksiyalarının tədqiqatı ilə məşğul olmuşdur və buna səbəb, əsasən, virus DNT-sinin öz sahibinin (insanın) xromosomlarına yalnız qismən kök salması faktı olmuşdur. 1893-cü ildə tsur Hauzen uşaqlıq boynu xərçənginini biopsiyasında papillomavirusun DNT-sini aşkar etməyi bacarmış və bu hadisə İPV-16 onkogen virusunun kəşfi hesab oluna bilər. Bir il ondan sonra alim uşaqlıq boynu xərçəngindən əziyyət çəkən pasiyentlərlə İPV-16 və İPV-18 viruslarının DNT-sini klonlaşdırmışdır. Bu viruslara yoluxmuş hüceyrələr 100% hallarla, gec və ya tez, xərçəngə çevrilir və onlarda bədxassəli şiş yaranır. Çox keçmədən, İPV-nin iki əhəmiyyətli filogenetik əlaqəli fəsilələrə məxsus digər ştammlarının da – İPV-16 mənşəli (31, 33, 35, 52 və 58 ştammları) və İPV018 mənşəli (39, 45, 59 və 68 ştammları) – uşaqlıq boynunun xərçəngi (UBX) xəstəliyinin inkişafına səbəb ola biləcəyi məlum olmuşdur.

Papillomavirusun bütün dünyada insanların sağlamlığına vurduğu ziyan əhəmiyyətli dərəcədə böyükdür. Yeni yaranmış UBX hallarının təxminən 83%-i bu patologiyanın süd vəzinin xərçəngi kimi xəstəliklərini qabaqladığı və qadınların bədxassəli yenitörəmələrdən dünyasını dəyişməsinin əsas səbəblərindən birinə çevrildiyi inkişaf etməkdə olan ölkələrin payına düşür.

Papilloma virusları cinsi yolla ötürülən ən çox rast gəlinən infeksiyalardan biridir. İPV-nin 100-dən artıq tanınmış növündən təxminən 40 növü sidik-tənasül sistemini yoluxdurur və onların 15-i uşaqlıq boynu xərçənginin yüksək riskini yaradır, lakin insan papilloma virusları onkogen proseslərin digər növlərinə də səbəb olur.

UBX hallarının 70%-nə, İPV-45 və 31 növlərinə də 16 və 18 ştammlı insan papilloma virusları məsuldur. Bir qayda olaraq, İPV-16 skvamoz hüceyrəli karsinomalarda və adenokarsinomalarda aşkar olunur. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin tədqiqatlarında (3085 invaziv servikal xərçəng halları) 54% və 42% skvamoz hüceyrəli karsinomlarda və müvafiq olaraq adenokarsinomlarda İPV-16, 11% və 37% skvamoz hüceyrəli karsinom və adenokarsinomlarda isə İPV-18 növü aşkarlanmışdır.

Qadınların 82%-ə qədəri cinsi həyata başladığından artıq 2 il sonra İPV-yə yoluxur. Hətta bir tərəfdaşla 20%-ə yaxın qadın virus daşıyıcısına çevrilir. Cinsi həyata başladıqdan sonra qadın hər il onkositoloji yaxı və İPV-testlərdən ibarət ginekoloji yoxlamalardan keçməlidir. Histoloji cəhətdən təsdiqlənmiş uşaqlıq boynunun xərçəngi olan qadınların 99,7%-də papillomavirus aşkarlanır ki, bu da ildə 500 000 yaxın qadının bu virusun daşıyıcısı olduğu anlamına gəlir. Tədqiqatlarda tez-tez, o cümlədən normal histologiyalı qadınlarda belə çoxlu sayda İPV növlərinə yoluxmaya rast gəlinir. Bir İPV növünə yoluxma riski bu virusun filogenetik cəhətdən əlaqəli növünə yoluxma riskini azaltmır. Rousseau ilə şərik müəlliflər (2003) İPV-16 və 18 infeksiyaları zamanı çox zaman digər onkogen ştammlara da yoluxma hallarını da aşkar etmişlər.

İnsan papilloma virusu aşağıdakılara səbəb olur:

  • Uşaqlıq boynunun displaziyası (eroziyası);
  • Uşaqlıq boynunun leykoplakiyası;
  • Uşaqlıq boynunun adenokarsinomaları (AİS);
  • Servikal daxili epiteliyalı I, II və III dərəcəli neoplaziyalar (CİN 1, CİN 2, CİN 3) (uşaqlıq boynunun xərçəngi);
  • Vulvanın daxili epiteliyalı II və III dərəcəli neoplaziyaları (VİN 2/3);
  • Uşaqlıq yolunun daxili epiteliyalı II və III dərəcəli neoplaziyaları (VaİN 2/3);
  • Genital ziyillər və kondilomalar, yastı və pəncə ziyilləri.

Genekoloqunuzdan insan papilloma virusu infeksiyasının orqanizmdən tamamilə uzaqlaşdırılması sahəsində təcrübəsinin olub-olmadığını öyrənin?

Ana səhifə   |   Bizimlə əlaqə   |   Saytın xəritəsi   |   Vakansiyalar   |   Əlaqə
© 2004—2019 Brand-Pharm Ltd. Saytda olan bütün məlumatlar tövsiyə deyil, tanışlıq xarakteri daşıyır.
Həkiminizlə məsləhətləşin, özünümüalicə ilə məşğul olmayın!
Saytın yaradılması və inkişafı - Alisa Dizayn
Яндекс.Метрика