ALLOKİN-ALFA HERPES VƏ PAPİLLOMA VİRUS (İPV) İNFEKSİYALARININ MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ YERLİ İSTEHSAL OLAN YENİ NƏSİL ANTİVİRAL PREPARATI VİRUSA ƏLVİDA! Русский языкРУС EnglishEN
Украинский языкУКР Корейский языкKOR
Азербайджанский языкAZ
İstifadəsinə dair təlimat İPV problemi haqda video Pasiyent rəyləri
Mütəxəssis bölməsi

Preparat haqqında

Allokin-alfa insan papilloma virusu (İPV), I və II dərəcəli herpes virusu, o cümlədən B hepatiti kimi xəstəliklərin kompleks müalicəsi tərkibində istifadə üçün nəzərdə tutulmuş yeni nəslin antiviral preparatdır.

Preparatın yüksək effektivliyi əsasən xroniki və tez-tez təkrarlanan genital herpesin müalicəsində təsdiqlənib. Bir çox viruslu infeksiyalar kimi, herpesin də gedişatı əhəmiyyətli dərəcədə xəstənin immun sisteminin vəziyyətindən asılıdır.

Papilloma virus infeksiyasının müalicəsində Allokin-alfanın təsiri daha nəzərəçarpandır – ilk dəfə uşaqlıq boynunun müalicəsində antiviral Allokin-alfa preparatından istifadə sayəsində 90% hallarda insan papilloma virusunun (İPV) eliminasiyası (xaric olunması) effekti əldə elmişdir (klassik müalicə sxemindən istifadə olunarkən).

Keçirilmiş kliniki tədqiqatlar Allokin-alfanın genital kondilomatoz, papillomalar, yastı və pəncə ziyillərinin müalicəsində yüksək effektivliyini təsdiqləmişdir.

Preparatın aktiv maddəsi kimyəvi sintez üsulları ilə əldə edilən və Rusiya, Avropa, ABŞ, Yaponiya və bir çox digər ölkələrdə patentləşdirilmiş sitokinəbənzər peptid alloferondur.

Hazırda dərialtı yeridilmə məhlulunun hazırlanması üçün 1 mq alloferon tərkibli liofilizat halında buraxılır.

Ana səhifə   |   Bizimlə əlaqə   |   Saytın xəritəsi   |   Vakansiyalar   |   Əlaqə
© 2004—2020 Brand-Pharm Ltd. Saytda olan bütün məlumatlar tövsiyə deyil, tanışlıq xarakteri daşıyır.
Həkiminizlə məsləhətləşin, özünümüalicə ilə məşğul olmayın!
Saytın yaradılması və inkişafı - Alisa Dizayn
Яндекс.Метрика