ALLOKİN-ALFA HERPES VƏ PAPİLLOMA VİRUS (İPV) İNFEKSİYALARININ MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ YERLİ İSTEHSAL OLAN YENİ NƏSİL ANTİVİRAL PREPARATI VİRUSA ƏLVİDA! Русский языкРУС EnglishEN
Украинский языкУКР Корейский языкKOR
Азербайджанский языкAZ
İstifadəsinə dair təlimat İPV problemi haqda video Pasiyent rəyləri
Mütəxəssis bölməsi

Ümumi məlumat

Bu informasiya resursunda yerləşdirilən bütün məlumatlar yalnız mütəxəssislər üçün nəzərdə tutulmuşdur və saytın ziyarətçiləri tərəfindən müstəqil diaqnoz və müalicənin təyin edilməsi üçün istifadə edilə bilməz.

 

Müasir dünya tibbinin aktual problemlərindən biri insan populyasiyasında geniş yayılmış, sahibinin orqanizminin demək olar ki, bütün orqanlarını və sistemlərini zədələyə bilən, latent, kəskin, xroniki və ləng infeksiya formalarına səbəb olan virus infeksiyalarına (Vİ) yoluxma və ölüm hallarıdır. Bu faktlar Vİ-ni orqanizmin ümumi sistem xəstəliyi kimi qəbul etməyə imkan verir.

İlk dəfə L.Paster tərəfindən yoluxucu materialların təfsiri üçün təklif olunmuş virus sözünün özü «zəhər» deməkdir. Virus infeksiyası (təbii çiçək) haqqında ilk xatırlatmalar 12 əsr e.ə. qədim yunan papiruslarında aşkar olunmuşdur. Elmi virusologiya erasının başlanğıc tarixi 1892-ci il hesab edilir. Belə ki, Sankt-Peterburqdan olan 28 yaşlı rus alimi D.İ.İvanovski tütün xəstəliyinin (tütün mozaikası) bakterial süzgəclərdən asanlıqla keçən hansısa bir agent tərəfindən törədiyini sübut etmişdir.

Klinik praktikada vaksinlərin və antibiotiklərin istifadəsi bakterial infeksiyaların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan vermişdir. Lakin antibiotiklər virus infeksiyalarına heç bir təsir göstərmir və virus infeksiyalarının mütləq sayı artmağa davam edir, bir çox virus infeksiyalarının nəzarətində hələ də çətinliklər mövcuddur (qrip və KRVİ, herpesvirus infeksiyaları, hepatit, HİV infeksiyası). ÜST Ekspertlər Komitəsi cari əsrdə virus infeksiyalarına yoluxma hallarının ciddi şəkildə artdığını proqnozlaşdırmış, ÜST-nin Avropa bürosu isə «...herpesvirus infeksiyalarının XXI əsrdə yoluxucu patologiyanın gələcəyini müəyyən edəcəyinin» bəhs olunduğu məruzəsini hələ 1987-ci ildə dərc etmişdir. Bu, Vİ-nin praktiki səhiyyə üçün böyük tibbi-sosial əhəmiyyət kəsb etdiyinin əyani sübutudur.

Son 40 il ildə əvvəllər məlum olmayan, bəzilərinin Marburq virusu, Ebola virusu, Qərbi Nil virusu, insanın immun çatışmazlığı virusu (İİV), C, D, E, G hepatitləri virusu və s. kimi ölümcül viruslara yoluxma halları yaradan iyirmiyədək virus kəşf edilmişdir (F.İ.Yerşov, 2006). Hər beş ildən bir Beynəlxalq Virus Nomenklaturası Komitəsinin qərarı ilə virusların nomenklaturası yenilənir.

Hal-hazırda 3 sıra, 64 fəsilə, 9 yarımfəsilə, 233 cins və 1550-dən çox növ virus müəyyən edilmişdir. RNT və DNT tərkiblilər mövcuddur, virusların digər əsas meyarları ilə müasir təsnifatı ədəbiyyatda əksini tapıb (İ.N.Jilinskaya və başqaları, 2007). İnsanlarda müxtəlif xəstəliklərə səbəb ola biləcək 500-dən çox virus öyrənilmişdir.

Rəsmi statistikaya görə, hər il dünyada 10 milyonadək xərçəng halları qeydə almışdır və bədxassəli şişlərin 30% virusdan asılı hesab edilir, yəni orqanizmdəki yenitörəmələrdə virusların yüksək dərəcəli inkişaf riski müşahidə olunur. Belə ki, Sankt-Peterburq əhalisinin onkoloji xəstələnmə strukturunda virusdan törəmə şiş halları kişilərdə 40%, qadınlarda isə 30%-dən çox təşkil edir (N.R. Safronnikova, V.M.Merabişvili, 2006).

Molekulyar biologiyanın, genetikanın müasir üsulları bir çox virusların həssas hüceyrələrində replikasiya mexanizmlərinin öyrənmənilməsinə və bu da bir sıra yüksək effektivliyə və virus əleyhinə aktivliyə malik orijinal kimyaterapevtik preparatların (KP) hazırlanmasına imkan vermişdir. Uzunmüddətli virus persistensiyalı (virusun kəskin infeksiya üçün səciyyəvi olan müddətlərdən çox orqanizmin hüceyrələrində funksional aktiv vəziyyətdə qalması) xroniki virus infeksiyaları şəraitində immunoloji çatışmazlıq inkişaf edir, Virion genomunda mutasiyalar və rekombinasiyalar ehtimalı yaranır və virusların baza kimyəvi preparatlarına müqavimətinin (davamlılığının) formalaşması baş verir, bu səbəbdən də virus infeksiyalarının müalicəsi müəyyən çətinliklərlə müşayiət olunur. Bəzi hallarda kəskin və xroniki virus infeksiyalarının müasir kompleks müalicəsinin tətbiqi təkrar yoluxma hallarına, xəstəliyin ağırlığına, təkrarlanmasının müddətinə və nəticəsinə təsir göstərmir.

Bununla əlaqədar olaraq, orqanizmin immun-bioloji müqavimətini artıran və pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdıran antiviral və immuntənzimləyici aktivliyə malik yeni yerli dərman preparatları xüsusi aktuallıq qazanır. Belə perspektivli və effektiv preparatlardan biri yerli alimlərin dahi kəşfləri əsasında yaradılmış Allokin-alfa preparatıdır. Dərmanın işlənib-hazırlanmasının əsasını rus alimləri və həkimləri tərəfindən tətbiq edilən virusologiya sahəsində Sovet İttifaqının elmi potensialının son nailiyyətləri təşkil etmişdir.

Allokin-alfa istifadə edilərkən, herpesvirus infeksiyası ilə əlaqədar xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılması aşağıdakı səbəblərə görə baş verir:

  1. Təkrarlanma dövrünün 2 dəfə azalması.
  2. Zəifləmə dövrünün orta hesabla 2 dəfə uzanması (hər 5-ci xəstə uzun illər herpesvirus infeksiyasının təkrarlanma hallarından xilas olur).
  3. Təkrarlanmanın şiddətinin əhəmiyyətli dərəcədə azalması.

Papillomavirus infeksiyası baxımından Allokin-alfanın təsiri daha nəzərəçarpandır – ilk dəfə antiviral Allokin-Alfa preparatından istifadə sayəsində uşaqlıq boynunun displaziyasının müalicəsi zamanı 90% hallarda insan papilloma virusunun (İPV) aradan qalxması effekti (klassik müalicə sxemindən istifadə edildikdə) artıq 2,5 həftədən sonra əldə edilmişdir.

Ana səhifə   |   Bizimlə əlaqə   |   Saytın xəritəsi   |   Vakansiyalar   |   Əlaqə
© 2004—2019 Brand-Pharm Ltd. Saytda olan bütün məlumatlar tövsiyə deyil, tanışlıq xarakteri daşıyır.
Həkiminizlə məsləhətləşin, özünümüalicə ilə məşğul olmayın!
Saytın yaradılması və inkişafı - Alisa Dizayn
Яндекс.Метрика