ALLOKİN-ALFA HERPES VƏ PAPİLLOMA VİRUS (İPV) İNFEKSİYALARININ MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ YERLİ İSTEHSAL OLAN YENİ NƏSİL ANTİVİRAL PREPARATI VİRUSA ƏLVİDA! Русский языкРУС EnglishEN
Украинский языкУКР Корейский языкKOR
Азербайджанский языкAZ
İstifadəsinə dair təlimat İPV problemi haqda video Pasiyent rəyləri
Mütəxəssis bölməsi

Preparatın yaradılma tarixi

2003-cü ildə Rusiyada Allokin-alfa («BRAND-PHARM», Moskva) - beynəlxalq alimlər kollektivi tərəfindən hazırlanmış yeni tipli yerli antivirus preparatı qeydiyyata alınıb, preparat Rusiyada, ABŞ-da, Yaponiyada, Cənubi Koreyada və Avropa İttifaqı ölkələrində patentləşdirilib. Allokin-alfanın virusəleyhinə dərman vasitəsi kimi istifadəsi Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib (Req. № 002829/01, 22.09.2003 il).

Allokin təbii immunitet amillərinin aktivliyinin orijinal təbii selektiv stimulyatorudur. «Sitokinlərin söndürülməsini qadağan edən» preparatlar qrupuna aid olan yeni nəslin antiviral dərmanı olan Allokin-alfa antiviral preparatların bu yaranmaqda olan unikal qrupunun ilk nümayəndəsidir (qrupun işlək adı: «Sitokinlərin söndürülməsini qadağan edən» preparatlar»). Bu preparatın yaradılmasının əsasında min illər boyu həşəratlarla cilalanmış alloferonların (həşəratların immun sisteminin oliqopeptidləri) sitokinlərin «söndürülməsini qadağan etmək» qabiliyyəti dayanır.

Preparatın aktiv maddəsi yüksək antiviral və şişəleyhinə aktivliyə malik (Chernysh S.İ., Kim S.İ., Bekker G.P. et al., 2002; Çernış S.İ., 2005) sitokinəbənzər peptid alloferondur. Alloferonlar təbii mənşəli antiviral preparatlarının yeni bir qrupudur. Alloferon 1265 dalton molekulyar kütləli və 13- L-amin turşusundan ibarət sintetik xətli oliqopeptiddir. Allokin-alfa allergik reaksiyalara səbəb olmur, çünki allergik reaksiyaların inkişafı üçün dərmanın ən azı 20 amin turşusundan ibarət olması gərəkdir.

Əvvəlcə bu bioloji aktiv peptidlər fəsiləsi «Calliphoridae» fəsiləsinin həşəratlarının «cərrahi sürfələr»indən seçilmişdir. Cərrahi sürfələr və onların həyat fəaliyyətinin məhsulları hələ qədim zamanlardan yaraların sağalması və sterilizasiyası üçün istifadə edilmişdir. Krım müharibəsi dövründə bu sürfələr cərrah Piroqov tərəfindən aktiv istifadə edilmişdir. Lakin son zamanlaradək cərrahi sürfələrin yaradan nekrotikləşmiş toxumaları uzaqlaşdırmaqla, yaranın sağalmasına səbəb olmaları və yaradan irinli kütləni təmizləmə funksiyasını cərrah əllərindən daha şəfqətli və həssas şəkildə yerinə yetirdikləri hesab edilirdi.

Rusiya alimləri isə ötən əsrin 80-ci illərində ilk növbədə həşəratların immun sistemini əsaslı şəkildə öyrənmişlər. Sovet dövründə aparılan tədqiqatlar göstərir ki, bu həşəratların immun sistemi bir sıra güclü antimikrob və antiviral amilləri sintez edir və təbii killerlərlə (TK) funksional şəkildə oxşar olan hüceyrələrə malikdir. Nəticədə immun sistemini virus infeksiyalarına qarşı mübarizə aparmağa yönəltmək qabiliyyətinə, o cümlədən güclü antibakterial xüsusiyyətlərə malik bir neçə zülal birləşmələri fəsiləsi aşkar edilmişdir.

Hal-hazırda alloferonlar kimyəvi sintez yolu ilə istehsal olunur və müasir dərman vasitələrinin tərkibinə daxil edilir ki, bu da həmin preparatlar qrupunu kütləvi istehlakçı üçün əlçatan edir. Alloferon peptid əsasında «Allokin-alfa» inyeksiya preparatı işlənib-hazırlanmışdır. Alloferonlar, antiviral aktivliyi ilə yanaşı, ilk dəfə transplantasiya edilmiş şişləri olan heyvanlar üzərində aparılan təcrübələrdə aşkar edilmiş şişəleyhinə təsirə malikdir.

Xətti formulu: His–Gly–Val–Ser–Gly–His–Gly–Gln–His-Gly-Val- His–Gly

Həşəratların immun sisteminin komponentləri – yeni dərman preparatlarının mənbəyi
Həşəratların immun sisteminin komponentləri –
yeni dərman preparatlarının mənbəyi

Həşəratın qan hüceyrəsinin (H1) insanın şiş hüceyrəsinə (T1) həmləsi
Həşəratın qan hüceyrəsinin (H1) insanın şiş hüceyrəsinə (T1) həmləsi

Ana səhifə   |   Bizimlə əlaqə   |   Saytın xəritəsi   |   Vakansiyalar   |   Əlaqə
© 2004—2020 Brand-Pharm Ltd. Saytda olan bütün məlumatlar tövsiyə deyil, tanışlıq xarakteri daşıyır.
Həkiminizlə məsləhətləşin, özünümüalicə ilə məşğul olmayın!
Saytın yaradılması və inkişafı - Alisa Dizayn
Яндекс.Метрика