|
|
Uşaqlıq boynunun displaziyası (eroziya)Bu informasiya resursunda yerləşdirilən bütün məlumatlar yalnız mütəxəssislər üçün nəzərdə tutulmuşdur və saytın ziyarətçiləri tərəfindən müstəqil diaqnoz və müalicənin təyin edilməsi üçün istifadə edilə bilməz.
Uşaqlıq boynunun eroziyası probleminin aydınlaşdırılması
Hal-hazırda bioloji aktiv yaşda olan şəxslərin İPV-yə yoluxması 20-60% təşkil edir (Ludicke F. et al. 2001). Yoluxucu xəstəliklərə nəzarət mərkəzinin (Atlanta, ABŞ) məlumatları göstərir ki, bütün dünyada təxminən 630 milyon nəfər və 20 milyon Amerika vətəndaşı genital ziyillərdən əziyyət çəkir, özü də İPV halları GH (genital herpes) və gonoreya (Yermolenko D.K., İsakov V.A., 2003) ilə müqayisədə, ən azı 3 dəfə çoxdur. Uşaqlıq boynunun papillomavirus zədələnmələrinin tezliyi (uşaqlıq boynunun eroziyası, displaziyası, uşaqlıq boynunun leykoplakiyası) 25 yaşdan kiçik seksual aktiv qadınlarda maksimal dərəcədə yüksəkdir. Papillomavirusların təbii şəraitdə insanda şişlərin yaranmasını təhrik edən yeganə virus qrupu olduğu sübuta yetirilmişdir.
Ən xoşagəlməz İPV virusu SHV-2, SMV, EİV, İİV, xlamidiya və mikoplazma ilə qarışıq olanlarıdır. İn situ karsinoması xəstələrinin yaş həddi 29 ildir, yəni ilkin infeksiyanın yarandığı andan ağır neoplaziya halına keçmə dövrü təxminən 10 il təşkil edir. İnvaziv xərçəng immunitetdə invaziya və metastazlara səbəb olan əlavə dəyişikliklərin baş verdiyi 49 yaş civarında qeydə alınır (V.N.Prilepskaya və başqaları, 2007; N.P.Safronnikova, V.M.Merabişvili, 2005). Uşaqlıq boynunun xərçəngi hallarının 70%-dən çoxu HPV 16 və 18 növləri ilə əlaqələndirilir (Həkimlər üçün dərslik «Alokin-alfanın virus infeksiyalarının müalicəsində istifadəsi» F.İ.Yerşov, V.A.İsakov, Q.P.Bekker, M.Y.Serebryakov, T.V.Soloqub, N.B.Serebryanaya, M.S.Tişenko, S.İ.Çernış, 2008 il, s. 77). Papanikolau testindən (Pap-testi) istifadə edərək təşkil edilən skrininq proqramlarına baxmayaraq, ABŞ və Avropada bu xəstəlikdən dünyasını dəyişən qadınların sayı təxminən 35000-ə qədərdir. Son zamanlar uşaqlıq boynunun servikal kanalının xərçəngi (95%) İPV-nin təxminən 20 növü ilə əlaqələndirilir (Həkimlər üçün dərslik «Alokin-alfanın virus infeksiyalarının müalicəsində istifadəsi». F.İ.Yerşov, V.A.İsakov, Q.P.Bekker, M.Y.Serebryakov, T.V.Soloqub, N.B.Serebryanaya, M.S.Tişenko, S.İ.Çernış, 2008 il, s. 78). V.İ.Kozlovanın və şərik müəlliflərinin (2003) fikrincə, urogenital traktı zədələyən İPV-6, 11, 16, 18, 31, 35 növləri olur (cədvələ bax). İPV-nin neoplastik proseslər yaratma qabiliyyətinə əsasən, bu viruslar zəif (3, 6, 11, 13, 32, 34, 40, 41, 42, 43, 44, 51, 61, 72, 73 növü), orta ağırlıqda (30, 35, 45, 52, 53, 56, 58) və yüksək dərəcəli (16, 18, 31, 33, 39, 50, 59, 64, 68, 70) onkoloji riskli növlərə ayrılır (V.İ.Kozlova, A.F.Puxner, 2003; N.M.Şaxova və başqaları, 2006; Lorincz AT et al, 1992). Onların arasında ən tez-tez İPV-16 (50%) və İPV-18 (10%) növlərinə rast gəlinir, buna görə də uşaqlıq boynunun papilloma viruslu zədələri olan qadınlar (uşaqlıq boynunun eroziyası, displaziya, leykoplakiya, uşaqlıq boynunun servikal intraepitelial neoplaziyası) hər il kolposkopiya, servikal yaxıların sitoloji müayinəsi, virusoloji və immunoloji müayinə daxil olan ginekoloji yoxlamalardan keçməlidirlər. Papillomavirus infeksiyasının (PVİ) müəyyən sayda hallarda qadın orqanizmindən müstəqil şəkildə xaric ola biləcəyi hesab edilir (N.P.Safronnikova, V.M.Merabişvili, 2006). Uşaqlıq boynunun eroziyasının və bədxassəli yenitörəmələrin profilaktikasında erkən diaqnostika və uşaqlıq boynunun insan papilloma virusuna yoluxmasının effektiv müalicəsi əhəmiyyətli rola malikdir. Papillomavirus infeksiyası olan xəstələrin müalicə olunmaması və ya səhv müalicəsi uşaqlıq boynunun eroziyasının inkişafına gətirib çıxarır. Xəstəliyin getdikcə şiddətləndiyi zaman eroziv prosesin (və ya vizual olaraq eroziya şəklində təzahür etməməsi ehtimalı olan infeksiya ocağının) maliqnizasiyası (xoşxassəlilikdən bədxassəliliyə çevrilmə prosesi) və müvafiq olaraq, displaziya və uşaqlıq boynunun xərçəngi kimi xəstəliklərin inkişafı baş verə bilər. Əsasən urogenital traktın müxtəlif İPV növləri ilə zədələnməsi
Genekoloqunuzdan insan papilloma virusu infeksiyasının orqanizmdən tamamilə uzaqlaşdırılması sahəsində təcrübəsinin olub-olmadığını öyrənin? |
Ana səhifə | Bizimlə əlaqə | Saytın xəritəsi | Vakansiyalar | Əlaqə
© 2004—2020 Brand-Pharm Ltd. Saytda olan bütün məlumatlar tövsiyə deyil, tanışlıq xarakteri daşıyır.
Həkiminizlə məsləhətləşin, özünümüalicə ilə məşğul olmayın! Saytın yaradılması və inkişafı - Alisa Dizayn |